List of active policies
Name | Type | User consent |
---|---|---|
Məxfilik və identifikasiya faylları siyasəti | Site policy | All users |
Summary
The official text of the Policy is written in English and the English text is the only official version. Any discrepancies or differences created in the translations to other languages are not binding and have no legal effect on the organizations supporting ViC. If any questions arise related to the accuracy of the information contained in the translations, please refer to the official English version.
Bu Məxfilik və İdentifikasiya faylları Siyasəti sizinlə Şərqi Avropa Reproduktiv Sağlamlıq İnstitutu (EEIRH) arasında razılaşmanı təşkil edir ki, Siz, istifadəçi olaraq (“İstifadəçi”), vic.eeirh.org (“Sayt”) saytına giriş edirsiniz, abunə olursunuz və ya başqa cür əlaqə qurmuş olursunuz. Tərəfimizdən təmin olunan Sayt və əlaqəli məhsul və xidmətlər birlikdə “Xidmətlər” olaraq adlandırılacaq.
Sayt, istifadəçilərdən şəxsi məlumatları toplaya bilər. Bu Xidmətlərdən istifadə edərək və/və ya bu Prinsipləri qəbul edərək, Məxfilik və İdentifikasiya faylları Siyasətində qeyd edildiyi kimi, Siz şəxsi məlumatlarınızın toplanması, saxlanması və işlənməsi ilə razılaşmış olursunuz.
Xidmətlərimiz 16 yaşından yuxarı olan ümumi auditoriya üçün nəzərdə tutulub. 16 yaşından gənc olan uşaqlardan məlumatlar bilərəkdən toplanmır.
16 YAŞINA ÇATMAYIBSINIZSA, XIDMƏTLƏRIMIZDƏN ISTIFADƏ ETMƏYIN.
Saytın tam ixtiyarlı istifadəçisi olaraq qalmaq üçün, bu Siyasətin bütün müddəalarını qəbul etməlisiniz və bu Saytı istifadə etməyə davam edərkən, bu Siyasəti qəbul etmiş olursunuz. Saytın istifadəsinə və istifadənin bu Siyasətə tam uyğun olmağından şəxsən məsuliyyət daşıyırsınız. Hüquqlarınız şəxsidir və özgəninkiləşdirilə bilməz. Bu o deməkdir ki, Sizin vasitənizlə yaxud adınız və şifrənizdən istifadə etməklə Sayta daxil olan hər kəsin əməllərinə görə Siz məsuliyyət daşıyacaqsınız.
Bu Siyasətin hər hansı müddəasını yaxud bütün müddəalarını istənilən vaxtda, öz müstəsna qərarımızla dəyişdirmək hüququnu özümüzdə saxlayırıq. Hər hansı ciddi dəyişiklik barədə Saytda elan verməklə yaxud başqa məlumatlandırma yolları ilə Sizi xəbərdar edəcəyik. Bu Siyasətdə hər hansı dəyişiklik, əksi göstərilmədiyi halda, Sizə bildirildiyi andan sonra dərhal qüvvəyə minir. Siyasətdə dəyişikliklər barədə bildiriş veriləndən sonra, saytdan istifadə etməyiniz dəyişiklikləri qəbul etməyiniz kimi hesab olunur. Saytın istənilən bölməsini, məzmununu, xüsusiyyətini öz müstəsna qərarımızla dəyişdirmək, məhdudlaşdırmaq və ya ləğv etmək hüququnu özümüzdə saxlayırıq.
BU SİYASƏTİN MÜDDƏALARINİ QƏBUL ETMƏDİYİNİZ HALDA, TƏK VƏ MÜSTƏSNA HƏLL YOLU, İMKAN DAXİLİNDƏ, BU SAYTDAN VƏ/VƏ YA XİDMƏTLƏRDƏN İSTİFADƏNİZİ DAYANDIRMAQDIR.
Full policy
Məxfilik və identifikasiya faylları Siyasəti
1. Məxfilik siyasəti
1.1 Giriş
Aşağıdakı məlumat, Saytda şəxsi məlumatların işlənməsinə dair fəaliyyətimiz haqqında düzgün təəssürat yaratmaq məqsədilə verilir. Həmçinin tanıtma məlumatları, məqsədlərimiz, haqlarınız və bunlara nail olmaq üçün konkret üsullar göstərilməkdədir. Məlumatların məxfiliyi bizim əsas prioritetlərimizdən biridir.
Məlumatların məxfiliyi məsələsinə gəldikdə, EEIRH şəxsi məlumatlarınızdan Cavabdeh olan qurumdur:
- Şərqi Avropa Reproduktiv Sağlamlıq İnstitutu
- Ünvan: 1 Moldovei St., 540493 Tirgu-Mures, Romania
- Rəsmi qeydiyyat: 54/30 mart 1997
- E-poçt: office@eeirh.org
- Telefon: +40 265 255532
- CIF: 9028390
- Missiya: Şərqi Avropa Reproduktiv Sağlamlıq İnstitutu (EEIRH) qadın və kişilərin cinsi və reproduktiv sağlamlıq, gender-əsaslı zorakılıq olmadan yaşam və sağlam və şərəfli yaşlanma haqqını təmin etmək üçün çalışır. Bu missiyaya nail olmaq üçün, EEIRH siyasət məsləhətçisi işini həyata keçirir, konsultasiya və texniki dəstək verir, araşdırma, təlim və əlaqələndirmə proqramlarını və layihələrini hazırlayıb, tətbiq edir və xidmət göstərir. Bütün fəaliyyətləri ilə EEIRH dialoqu, tərəfdaşlığı və beynəlxalq əməkdaşlığı dəstəkləyir. EEIRH, hökumətlərin, mülki cəmiyyət təşkilatlarının və özəl sektorun birgə səyləri vasitəsilə, inkişaf naminə daha sıx və səmərəli tərəfdaşlıq kontekstində, Davamlı İnkişaf Məqsədlərinə nail olmağı dəstəkləmək niyyətindədir, xüsusilə də Məqsəd 3 və 5, habelə ICPD Fəaliyyət planı diqqət mərkəzindədir.
- Məlumatların qorunması üzrə məsul şəxs gdpr@eeirh.org
Bu Məxfilik Siyasəti vasitəsilə bu Saytın istifadəsi ilə əlaqədar şəxsi məlumatların işlənməsi barədə Sizi xəbərdar edirik. Link vasitəsilə başqa saytlara yönləndirilirsinizsə, müvafiq sayt operatorun məxfilik siyasəti tətbiq edilir. Tövsiyə edirik ki, müvafiq saytda şəxsi məlumatların işlənməsi barədə özünüzü bilgiləndirəsiniz. Biz bilirik ki, məlumatlarınızın qorunması Sizin üçün vacibdir və bizə olan etibarınızı yüksək dəyərləndiririk. EEIRH, məlumatlarınızı topladığı, işlədiyi və istifadə etdiyi zaman mövcud məlumatların qorunması qanunun müddəalarına ciddi olaraq riayət edir.
Bu Məxfilik Siyasətində, xidmətlərimizin göstərilməsi məqsədilə şəxsi məlumatlarınızı necə toplanıb istifadə edildiyi əks olunur. Bu xidmətlər sayəsində Siz Saytımızdan, kontentdən istifadə edib, birgə öyrənmə prosesi məqsədilə başqa insanlar ilə əlaqə qura bilərsiniz.
1.2 Şəxsi məlumat
AB Ümumi Məlumatların Qorunması Qaydalarında (GDPR) şəxsi məlumat aşağıdakı kimi tərif edilir:
“Müəyyən olunan yaxud olunmayan fiziki şəxsə (“məlumat subyekti”) aid hər hansı məlumat”; müəyyən olunan fiziki şəxsin adı, eyniləşdirmə nömrəsi, yerləşmə bilgiləri, onlayn identifikatoru əsasında yaxud da fiziki şəxsin fiziki, fizioloji, genetik, psixoloji, iqtisadi, mədəni və ya sosial kimliyinə müraciət etməklə birbaşa yaxud dolayısı ilə təyin edilə bilər.
Sizin Saytda hesabınız varsa, əllə daxil etdiyiniz yaxud öncədən qəbul etdiyiniz şəxsi məlumatları işləyəcəyik, yəni:
- Ad, Ölkə/Ərazi, Şəhər, Təşkilat, Peşə, İxtisas, Yaş, Cinsiyyət, Dil tərcihləri;
- E-poçt, IP adres;
- Saytdan istifadə şəkli, Saytdakı fəaliyyətiniz, Kurslardakı fəaliyyətiniz, EEIRH-un təşkil etdiyi eLearning kurslarında əldə etdiyiniz Bal və Sertifikatlar, Geri məlumatlandırma;
- Sayta giriş və fəaliyyətlərə dair digər məlumatlar, habelə istifadəçi hesabının yaradılması, müzakirə forumları, geri məlumatlandırma, Saytda yaxud Saytın istifadəsi ilə bağlı digər yollarla təqdim edilən qeydlər və ya istəklər ilə bağlı verdiyiniz digər kateqoriya məlumatları.
Bəzi məlumatlar sadəcə Sayta giriş əsnasında qeydə alınır. Saytımıza daxil olduğunuz zaman, cihazdakı brauzer avtomatik olaraq Saytdakı serverə məlumatlar göndərir. Bu məlumat jurnal faylında müvəqqəti saxlanılır. Aşağıdakı məlumatlar toplanıb, avtomatik olaraq silinənə qədər saxlanılır. Müraciət göndərən kompüterin IP adresi, girişin tarixi və saatı; daxil edilmiş faylın adı və URL; üzərindən keçid edilmiş sayt (“referrer URL”); lazımsa, istifadə etdiyiniz axtarış motoru; istifadə edilmiş brauzer; və, lazımsa, kompüterin əməliyyat sistemi, həmçinin İnternet provayderin adı.
1.3 Məlumatlarınızı nə məqsədlə və hansı hüquqi əsaslarla toplayırıq?
Şəxsi məlumatları, Sizin üçün ən uyğun məzmunu təmin etmək, sizə geri məlumatlandırma və Saytımızsa mükəmməl təcrübə təklif etmək məqsədilə toplayırıq. Saytımızda istifadəçi məlumatlarının qorumasına və məxfilik haqlarınıza dəyər veririk və Saytın Sizə uyğun şəkildə işləməsini təmin edəcək qədər məlumat toplayırıq. Nəzarətçi olaraq məsuliyyətimizi dərk edirik, Saytımız GDPR tələblərinə 100% cavab verir.
Şəxsi məlumatların işlənməsinə hüquqi əsası GDPR təşkil edir - Qaydalar (AB) 2016/679, şəxsi məlumatların işlənməsi ilə əlaqədar fiziki şəxslərin qorunması və bu cür məlumatların sərbəst hərəkəti - bu əhatə dairəsi aşağıdakı maddələrdə əks olunur:
- Maddə 6.1(a), Razılıq
- Maddə 6.1(b), Kontrakt
- Maddə 6.1(f), Qanuni maraq
Bizim yaxud istifadə etdiyimiz tərəflərin izlədiyi qanuni maraq aşağıdakıdır:
- Fəaliyyətlərimiz haqqında məlumat;
- eLearning platformaları vasitəsilə tədris məzmununun təmin edilməsi
- eLearning platformalarına giriş üçün etibarlı kimlik doğrulama prosesin təmin edilməsi;
- Eyni mövzularda marağı olan digər insanlar ilə əlaqə;
- Proqramı qiymətləndirmək və prosesi və məzmunu təkmilləşdirmək məqsədilə onlayn fəaliyyətimiz üzrə statistik məlumatlar
- Sair:
- Saytın funksional bağlantısını təmin etmək;
- Saytın rahat istifadəsini təmin etmək;
- Saytın, təkliflərin keyfiyyəti və assortimentinin optimallaşması məqsədilə anonim markerlərdən istifadə etməklə statistik qiymətləndirilməsi;
- Sistem təhlükəsizliyi və sabitliyinin qiymətləndirilməsi; və
- Digər inzibati məqsədlər üçün.
1.4 Şəxsi məlumatlarınızı necə istifadə edirik?
Verdiyiniz məlumatları AB Ümumi Məlumatların Qorunması Qaydalarına (GDPR) uyğun işləyirik (toplama, saxlama və istifadə). Məlumatlarınızı düzgün və yeni saxlamağa çalışırıq və lazım olan müddətdən çox saxlamırıq. Toplanan hər növ məlumat üçün məlumat saxlama prinsipləri reyestrini aparırıq və təkrar bildirmək istərdik ki, lazım olan məlumatların minimal həcmini işlətməyə çalışırıq. Qanunla bizdən müəyyən məlumatların saxlanması tələb olunur, məsələn, məzmun təqdimatçıları kimi fəaliyyətimizin audit məqsədləri üçün lazım olan məlumatlar. Müəyyən şəxsi məlumatların saxlama müddəti həmçinin biznes sektorundakı tələblər və qəbul edilmiş təcrübə ilə tənzimlənə bilər. Şəxsi məlumatlar institusional səlahiyyətlərin ehtiyacları üçün bu müddətlərdən daha çox saxlanıla bilər.
1.5 Şəxsi məlumatlarınızı başqa kimsə ilə paylaşırıqmı?
Şəxsi məlumatlarınızı, Xidmətlərin göstərilməsi üçün cəlb edilmiş xidmət göstərən üçüncü tərəflərə ötürə bilərik. Məlumatlarınızı paylaşdığımız hər hansı üçüncü tərəf onları etibarlı şəkildə saxlamağa borcludur və onları yalnız bizim və sizin adınızdan göstərdiyi xidmətlər məqsədilə istifadə edə bilər. Bu xidmətlərin göstərilməsi üçün həmin məlumatlara artıq ehtiyac olmadıqda, onları prosedurlarımıza uyğun ləğv edirlər. Şəxsi məlumatlarınızı üçüncü tərəflərə ötürmək istəyiriksə, bunu, başqa qanuni şərt olmadığı halda, yalnız Sizin razılığınız əsasında edə bilərik. Bütün üçüncü tərəf xidmət göstərilənlərin yenilənən reyestri ilə tanış olmaq istəyirsinizsə, gdpr@eeirh.org adresi ilə bizimlə əlaqə yaratmağınızı xahiş edirik və biz onu Sizə məmnuniyyətlə təqdim edərik.
1.6 Məlumatlar nə qədər vaxt saxlanılır?
Şəxsi məlumatların fərqli formalarını lazım olduğu müddətdə və toplanma məqsədilə uyğun işləyirik. Hüquqi və xidmət tələblərini nəzərə alaraq, məlumatları mümkün qədər az müddət saxlamağa çalışırıq. Məlumatlarınızı Saytımıza son girişinizdən etibarən 2 il müddətində saxlayırıq. Saytda fəal olduğunuz müddətdə, Profilinizdən sadə kontakt üsulları ilə hüquqlarınızdan istifadə edə bilərsiniz.
1.7 Məlumatların qorunması ilə bağlı haqlarım nədir?
Şəxsi məlumatlarınız bizdə olduğu müddətin istənilən vaxtında siz, məlumat subyekti olaraq, aşağıdakı haqlara sahibsiniz:
- Açıqlama haqqı - barənizdə saxladığımız məlumatların surətini tələb etmək haqqına sahibsiniz.
- Düzəliş haqqı - barənizdə düzgün yaxud tamam olmayan məlumatlara düzəliş edə bilərsiniz.
- Unudulma haqqı - müəyyən hallarda barənizdə saxladığımız məlumatların bazamızdan silinməsini istəyə bilərsiniz.
- İşləmənin məhdudlaşması haqqı - işləməni məhdudlaşdırmaq haqqını verən müəyyən hallar mövcuddur.
- Daşıma haqqı - barənizdə saxladığımız məlumatları başqa quruma ötürmək haqqınız var.
- Etiraz haqqı - müəyyən işləmə növlərinə etiraz etmək haqqınız var, məsələn birbaşa marketinq.
- Avtomatik işlətməyə, o cümlədən profil yaratma, etiraz etmək haqqı - həmçinin avtomatik işlətmə yaxud profil yaratmanın hüquqi təsiri subyekti olmaq haqqınız var.
- Məhkəmə nəzarəti hüququ: açıqlama haqqı üzrə istəyinizə rədd cavabı verdiyimiz halda, səbəbi bildirməliyik. Şikayət etmək haqqınız var.
1.8 Məlumat istəkləri və cavab proseduru
Hansı şəxsi məlumatlarınızı saxladığımızı görmək və düzəlişlər etmək, yaxud şəxsi məlumatların tərəfimizdən işlənməsini məhdudlaşdırmağı tələb etmək hüququnuz var. Şəxsi məlumatlarınızın tərəfimizdən saxlanıb, işlənməsini artıq istəmədiyiniz halda, məlumatları silmək hüququnuz var.
Aşağıdakı istəkləri öz Profil səhifənizdən yollaya bilərsiniz: Profile page > Privacy and policies > Data request:
- Contact the EEIRH Data Protection Officer - EEIRH Məlumatların qorunmasına görə məsul şəxs ilə əlaqə.
- Receive an export of all your personal data - Bütün şəxsi məlumatlarınızın çıxarışına almaq.
- Delete all your personal data - Bütün şəxsi məlumatları silmək.
Çıxarış, dəyişiklik və ya məhdudlaşdırma yaxud da silmə istəklərinizə ən çox 30 gün ərzində cavab veririk. İstəyiniz, bu Məxfilik və İdentifikasiya faylları siyasətinə, habelə qüvvədə olan qayda və prinsiplərə əsasən təsdiq edilə yaxud da edilməyə bilər, bu Məlumatların qorunmasına görə məsul şəxsin təfərrüatlı əsaslandırılması ilə müşayiət olunur.
1.9 Razılıq
Bu Məxfilik siyasətini qəbul edərək, Siz şəxsi məlumatlarınızın müəyyən edilmiş məqsədlər üçün istifadə etməyimizə icazə vermiş olursunuz. Bu Məxfilik və İdentifikasiya faylları siyasətinin qəbul edilməsi ifadə edilmiş razılıq olaraq hesab edilir və bu razılığın surəti audit məqsədləri üçün bazamızda saxlanılır.
Razılığınızı istənilən vaxt geri çəkə bilərsiniz. Bunun üçün Saytdakı profilinizə daxil olmalısınız, yaxud da MQMŞ-ə gdpr@eeirh.org adresinə yaza bilərsiniz.
1.10 Şikayətlər
Şəxsi məlumatların tərəfimizdən işlənməsi şəklindən yaxud da şikayətin işlənməsi şəklindən şikayət etmək istəyirsinizsə, müraciətinizi EEIRH Məlumatların Qorunmasına görə məsul şəxsə, dövlət nəzarət orqanına və ya Data Compliance Europe Ltd. təşkilatına birbaşa göndərə bilərsiniz.
2. Identifikasiya faylları siyasəti
2.1 Giriş
Saytımızdan istifadə zamanı özəl həyatın qorunması bizim üçün çox önəmli məsələdir. Buna görə, şəxsi məlumatların toplanması və şəxsi məlumatlar barədə Sizi təfərrüatlı məlumatlandırırıq.
Şəxsi və anonim məlumatlardan istifadə etmə hüququ EEIRH əsaslanır və qanun çərçivəsindədir, lakin yuxarıda qeyd olunan məlumat subyektlərin haqları istisnadır.
Sayt istifadə göstəricilərinin təhlili üçün bir proqramdan istifadə edir. Bu məlumatları təhlil etməklə, istifadəçi ehtiyacları barədə faydalı məlumatlar əldə edilir. Bu məlumat Saytın keyfiyyətinin artırmaq üçün xidmət edir. Daha dəqiq desək, Sayta hər girişdə aşağıdakı məlumat toplusu məhdudiyyətsiz saxlanılır:
- İstək göndərən kompüterin İP adresinin anonim forması;
- Giriş yaxud istəyin tarixi və vaxtı;
- Müraciət etdiyiniz səhifə yaxud faylın adı;
- Bu səhifənin göstərdiyi səhifəyə istinad;
- İstifadəçinin brauzeri, o cümlədən brauzerin versiyası;
- İstifadəçinin əməliyyat sistemi.
İndentifikasiya faylı İnternet parametrlərini saxlayan kiçik mətn faylıdır. Demək olar ki, bütün internet səhifələri bu texnologiyadan istifadə edir. Sizin internet brauzeriniz bunu internet səhifəsinə ilk girişiniz zamanı yükləyir. Eyni cihazdan həmin internet səhifəsinə təkrar bağlandığınız zaman, İdentifikasiya faylları və Yaddaşda saxlanmış məlumatlar Birinci tərəf identifikasiya fayllarını internet saytına geri göndərir, yaxud başqa Üçüncü tərəf identifikasiya faylını internet səhifəsinə göndərir. Beləliklə, internet səhifəsi tanıyır ki, siz bu səhifəyə bu brauzer ilə daha öncə daxil olmusunuz və bəzi hallarda göstərilən məzmunu uyğunlaşdırır.
Bəzi identifikasiya faylları çox faydalıdır, çünki internet səhifəsinə maraq olduğu halda istifadəçi təcrübəsini genişlədə bilər. Əvvəlki ilə eyni cihaz və eyni brauzerdən istifadə etdiyiniz halda, İdentifikasiya faylları Sizə istəklərinizi xatırlada bilər, səhifənin necə istifadə edildiyini göstərə və şəxsi maraq və ehtiyaclarınıza uyğunlaşa bilər. Bizim identifikasiya fayllarının əksəriyyəti səhifədən çıxdığınız zaman (Sessiya identifikasiya faylları) sərt diskdən silinir. Bundan başqa, sessiya bitdikdən sonra sərt diskimizdə qalan identifikasiya fayllarından da istifadə edirik. Bunun əsas məqsədi, internet səhifəsinə ilk giriş olduğu təqdirdə istifadəçi təcrübəsini dəstəkləməkdir. Bu internet səhifəsini sonradan şəxsi ehtiyaclara uyğunlaşdırmaqla və yükləmə vaxtını optimallaşdırmaqla həyata keçirilir.
Razılığınızı tələb etməyən identifikasiya faylları. Tamamən zəruri olan identifikasiya faylları, həmçinin “zərurətli” adlanır, belə funksiyaları təmin edir ki, onlar olmadan səhifənin düzgün istifadəsi mümkün deyil. Bu identifikasiya faylları tərəfimizdən eksklüziv olaraq istifadə olunur və Birinci tərəf identifikasiya faylları adlanır. Onlar yalnız kompüterinizdə brauzerin cari sessiyası üçün saxlanır. Tamamən zəruri olan identifikasiya faylları. İstifadəçi girişi funksiyası üçün “sessiya identifikasiya fayllarımız” mövcuddur. Bu identifikasiya faylı olmadan, bağlantı qurmaq və bağlantıdan başqa funksiyalara keçmək mümkün deyil.
Bundan əlavə, bu cür identifikasiya faylları, funksionallıq və məlumatların ötürülməsində təhlükəsizlik tələblərinə uyğun olmaq məqsədilə http səhifəsinin https səhifəsinə çevrilməsini dəstəkləyir. Zəruri identifikasiya fayllarının istifadəsi üçün razılığınız tələb olunmur.
Tamamən zəruri olan identifikasiya faylları bu səhifənin funksiyasından istifadə etməklə dayandırmaq mümkün deyil. Lakin, istifadə etdiyiniz brauzerdən onları istənilən vaxt dayandıra bilərsiniz. Xahiş edirik, aşağıdakı təlimatlar ilə tanış olasınız.
Hüquqi tərifə uyğun, internet səhifənin istifadəsi üçün zəruri olmayan, lakin vacib funksiyaları yerinə yetirən identifikasiya faylları. Bu identifikasiya faylları olmadan, internet səhifəmizdə rahatlığı təmin edən xüsusiyyətlər, məsələn doldurulmuş formalar, mövcud olmayacaqdır. Dil seçimi kimi parametrlərin yaddaşda saxlanması mümkün olmayıb, hər səhifədə yenidən daxil edilməli olacaq. Bundan əlavə, sizə özəl təklifləri irəli sürə bilməyəcəyik.
Brauzerdə belə parametrləri verə bilərsiniz ki, identifikasiya faylları yalnız razılığınız əsasında yaradılacaq və ya ümumilikdə rədd ediləcəkdir. Lakin, bilməyiniz lazımdır ki, identifikasiya faylları olmadan internet səhifəsinin müəyyən hissələrinin istifadəsi mümkün olmayacaq yaxud yalnız onlar istifadə oluna biləcək.
Brauzerdə aşağıdakı parametrləri versəniz, “Identifikasiya fayllarının” istifadəsini nəzarət altında saxlaya və əngəlləyə bilərsiniz.
- Microsoft Edge and Internet Explorer: daxil olun https://support.microsoft.com/
Extras - Internet Options - Expanded Registration Card - under Security Check "Send" Do Not Track "requests to pages web sites visited with Internet Explorer "Do Not Track" - təsdiq - Google Chrome: daxil olun https://support.google.com/chrome/
Menu - Settings - Extensive Settings - under "Data Protection" click "Content Settings" - "Cookies" altında istənilən sahələr - təsdiq - Firefox: daxil olun https://support.mozilla.org/
Menu - Settings - Data Protection - under Chronical Check "Create user-defined settings" - "Cookies" altında istənilən parametrləri daxil edin - təsdiq - Safari: daxil olun https://support.apple.com/
Safari - Settings - Data Protection - in the "Cookies and Web Page Data" section, istənilən parametrləri daxil edin – təsdiq
2.2 Veb analizi üçün identifikasiya faylları (Google təhlili)
Saytımızda razılıq vermişsinizsə, biz identifikasiya fayllarından, həmçinin psevdonim istifadəçi profillərin yaradılması üçün istifadə edib, veb təhlilini həyata keçiririk (“web analysis cookies”). Bu identifikasiya faylları bizə, təkrar istifadəçiləri tanımağa, onların Saytdakı fəaliyyəti təhlil etməyə, Saytı optimallaşdırmağa və əhatəliliyini ölçməyə imkan verir. Bu cür məlumatların işlənməsi üçün hüquqi əsas - Art. 6 (1) (a) GDPR. İdentifikasiya faylı bannerində OK düyməsinə basaraq, Saytda bu cür izləməni qəbul etmiş olursunuz; razılıq olmadan “web analysis cookies”, yəni internet təhlili identifikasiya faylları tətbiq edilmir. Bu məlumatı digər şəxsi məlumat ilə birləşdirmirik və onu reklam məqsədi ilə fərdi istifadəçilər ilə əlaqə qurmaq üçün istifadə etmirik. Internet təhlili məqsədilə istifadə olunan identifikasiya faylları ən gec 24 ay sonra və ya razılığınızı daha tez geri çağırdığınızda silinir.
Bu internet təhlili üçün biz Google Analytics xidmətlərindən istifadə edirik. Bu xidmət Google LLC tərəfindən göstərilir, 1600 Amphitheatre Parkway, Mountain View, CA 94043, USA (“Google”). Google Analytics kompüterinizdə saxlanılan və bu Saytda fəaliyyətinizi təhlil etmək imkanını verən identifikasiya fayllarıdən istifadə edir. Bu identifikasiya faylının Sayta fəaliyyətiniz haqqında yaratdığı məlumat (brauzerin növü/ versiyası, əməliyyat sistemi, istinan URL, giriş edən kompüterin host adı (İP adresi), serverə göndərilən istəyin tarixi və vaxtı) ABŞ-da yerləşən Google serverinə ötürülüb, saxlanılır. Bunun üçün, Google, Avropa Birliyi ölkələri və ya Avropa İqtisadi Zona Sazişini imzalamış ölkələr daxilində IP adresinizi son oktetə qədər ixtisar edir. Yalnız istisna hallarda tam IP adres ABŞ-dakı Google serverinə ötürülüb, orada ixtisar edilir. Məlumatların AB-dən xaric üçüncü ölkəyə ötürülməsi Komissiyanın uyğunluq qərarında GDPR Maddə 45 anlam çərçivəsində əks olunub (C/2016/4176 of 12 July 2016 – http://data.europa.eu/eli/dec_impl/2016/1250/oj), çünki Google AB-ABŞ Məxfilik qalxanı prinsiplərinə riayət etməyi qəbul edib (https://www.privacyshield.gov/EU-US-Framework).
Bizim adımızdan çıxış edən Google, bu məlumatı işləyici olaraq GDPR Maddə 28-in anlamı çərçivəsində, Saytdan istifadənizi dəyərləndirmək, Saytdakı fəaliyyətiniz barədə hesabatları hazırlamaq və Saytın operatorlarında Saytın istifadəsi və İnternet istifadəsi ilə bağlı daha geniş xidmət göstərmək üçün istifadə edir. Google Analytics kontekstində brauzeriniz tərəfindən ötürülən IP adresi digər Google məlumatları ilə birləşdirilmir.
Brauzerinizdə müvafiq parametrləri seçməklə (bax: yuxarıda) identifikasiya fayllarının istifadəsini əngəlləyə bilərsiniz; lakin, məlumatınız olsun ki, bunu edəndən sonra Saytın bütün funksiyalarının istifadəsi mümkün olmaya bilər.
Siz, həmçinin identifikasiya fayllarının yaratdığı və Saytdakı fəaliyyətinizə aid məlumatları (o cümlədən, IP adresi) və bütün internet saytaları üçün bu məlumatların Google tərəfindən işlənməsi imkanlarını Google üçün bağlaya bilərsiniz. Bunun üçün aşağıdakı linkdən brauzer əlavəsini yükləyib, quraşdırmaq lazımdır https://tools.google.com/dlpage/gaoptout?hl=en. Xüsusilə mobil cihazlardakı brauzerlər ilə Siz, həmçinin Google Analytics üçün məlumatların toplanmasını və işlənməsini əngəlləyə bilərsiniz.
Google Analytics İstifadə şərtləri və Məxfilik siyasəti barədə daha ətraflı məlumat üçün daxil ola bilərsiniz https://www.google.com/analytics/terms/gb.html və https://support.google.com/analytics/answer/6004245?hl=en
Şəxsi məlumatların işlənməsi və yuxarıda qeyd olunmuş haqlar barədə əlavə suallar üçün gdpr@eeirh.org elektron poçt ünvanımıza məktub göndərə bilərsiniz.