Kontekst
Cütlüklərin müasir kontrasepsiya və reproduktiv hüquqlarının dəstəklənməsi məqsədilə qarşılanmayan ehtiyaclarını azaltmaq istiqamətində ailə planlaşdırılmasının yeni mövqelərə çıxarılması UNFPA-nın EECA regionunda vacib fəaliyyət sahələrindən biri olmaqla qlobal 2020 Ailə Planlaşdırılması Hədəflərini də dəstəkləyir.
ViC elmi şəkildə əsaslandırılmış ailə planlaşdırılması üçün interaktiv təlim paketi vasitəsilə hüquq-əsaslı ailə planlaşdırılması sahəsində institusional bacarıqlar qurmaqda ölkələrə yardım etmək və 2012-ci il UNFPA EECARO və IPPF-EN-nin "xidmət təchizatçılarının bacarıqlarının qurulması" (ixtisas artırma təhsili, məsələn distant təlim kimi müasir texnologiyalar vasitəsilə) istiqamətində yüksək səviyyəli iclasında verilən tövsiyələrə əməl etməkdir.
Baxış
ViC, ənənəvi canlı ailə planlaşdırma təlim kurslarını tamamlayan və onlayn öyrənmə mühitinin rahatlıq və üstünlüklərini təklif edən məsafədən (distant) öyrənmə imkanları təmin etmək məqsədilə hazırlanmışdır.
ViC, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ailə planlaşdırması üzrə başlıca təlimatlarından (Ailə Planlaması: Təchizatçılar üçün Qlobal Təlimat, Ümumdünya Səhiyyə Təşkilatının Kontratseptivlərdən İstifadə üzrə Tibbi Yararlılıq Meyarları və Kontraseptivlərdən İstifadəyə dair Seçilmiş Praktiki Tövsiyələr) götürülmüş elmi cəhətdən əsaslandırılmış texniki məlumatları, USAID, ÜST və UNFPA tərəfindən hazırlanmış Ailə Planlaması üzrə Təlim Resursları Paketindən istifadə edir.
Hədəf auditoriya
ViC, ailə planlaşdırması üzrə pasiyentləri idarə edən ailə planlaşdırma xidmətlərini gəstərən şəxslər (ilkin tibbi-sanitar həkimi, mama və ginekoloqlar) üçün nəzərdə tutulmuşdur. Platformadan, həm də residentura tələbləri və ailə planlaşdırılmasında ixtisas artırma təhsili alan tibb ixtisaslı tələblər istifadə edə bilər.
Dillər
ViC ingilis dilində hazırlanmışdır və daha geniş auditoriyanı əhatə etmək məqsədilə Şərqi Avropa və Mərkəzi Asiyada olan əsas təşkilatlar və ailə planlaşdırılması mütəxəssisləri ilə birlikdə digər seçilmiş dillərə tərcümə oluna bilər.
Texniki tələblər
ViC kursları istənilən müasir veb brauzerində işləyə bilir. ViC kurslarına onlayn giriş üçün minimal sistem tələbləri aşağıdakı kimidir:
Sistemlər. Aşağıdakı əməliyyat sistemlərində işləyə bilən kompüter:
İnternetə qoşulma
Brauzerlər və mobil tətbiqlər
Disclaimer
The views, thoughts, and opinions expressed in the messages posted in the “Share” section forum belong solely to the author, and do not necessarily represent the views of the ViC platform or the organizations supporting the ViC platform (hereinafter referred to as “ViC”).
Messages are translated automatically and dynamically (on-the-fly) using multilingual machine translation. Machine translation does not match the quality of human translation and errors in translation may result. ViC shall not be responsible for any errors or omissions contained in the translations. All translations are provided "AS IS".
ViC makes no warranty, express or implied, as to the accuracy, completeness or reliability of the translations. Any discrepancies or differences created in the translations are not binding and have no legal effect on ViC for compliance or enforcement purposes. ViC shall not be liable for any damages arising from the translations. You should not act in reliance on the translated version of the text, but should refer to the original language text.
If any questions arise related to the accuracy of the information contained in the translations, please refer to the original language post. If you see a word or phrase that you believe is translated poorly or incorrectly, and you have a suggested translation, please post it on the forum.
ViC platformasını təkmilləşdirməyə kömək edin
Məzmun, dilə tərcümə və ya dizaynla bağlı təkliflərinizi bizə göndərməklə ViC-i təkmilləşdirməyə yardım edin. Öz qeydlərinizi vic.improvement@eeirh.org ünvanına göndərin.